...

"WhatsApp"da bir telefon nömrəsi ilə iki profil yaratmaq mümkün olacaq

Gündəm Materials 2 Noyabr 2023 11:08 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp" yaxın zamanda bir telefon nömrəsilə iki profil yaratmağa imkan verən funksiyasını təqdim edəcək.

Trend xəbər verir ki, məlumata görə, "Alternativ Profillər" ilə istifadəçilər yalnız müəyyən insanların görə biləcəyi ayrıca profil şəkli və istifadəçi adı təyin edə biləcəklər.

Xatırladaq ki, yeni funksiya həmçinin müxtəlif qruplar üçün müxtəlif profillər yaratmağa imkan verəcək. Məsələn, dostlarınız və ailəniz əsas profilinizdən istifadə edə bilər, lakin siz yalnız biznes əlaqələrinin görə biləcəyi alternativ profil yarada bilərsiniz.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti