...

Vatsapda bu mümkün olacaq

Gündəm Materials 4 Dekabr 2023 20:38 (UTC +04:00)
Vatsapda bu mümkün olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

iPhone üçün vatsapın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir.

Trend xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Belə ki, yenilik vatsapın iOS üçün 23.24.73 nömrəli versiyasında mümkündür. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər. Teleqramda tətbiq olunduğu kimi, əlavələr sənəd kimi göndərilməlidir. Bildirilir ki, göndərilən faylların həcmi 2 GB ilə məhdudlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti