...

COP28-in sədrliyi Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edib

Gündəm Materials 11 Dekabr 2023 21:49 (UTC +04:00)
COP28-in sədrliyi Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

COP28-in sədrliyi Azərbaycanı gələn il COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edir.

Trend-in məlumatına görə, bu barədə COP28-in rəsmi "X" sosial şəbəkəsində bildirilib.

"Biz iqlim dəyişikliyi ilə mübarizə sürətini artırmağa davam etmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, COP28 2023-cü il noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransıdır.

BMT-nin İqlim Dəyişikliyi Konfransları (və ya ÇNL) hər il keçirilir və dünyanın demək olar ki, hər bir ölkəsinin iştirakı ilə iqlim dəyişikliyi ilə bağlı qərar qəbul edən yeganə çoxtərəfli forumdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti