...

Ayın səthinə enəcək “Vulkan Kentavr” zondu kosmosa buraxılıb (FOTO)

Gündəm Materials 8 Yanvar 2024 12:57 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Boeing” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “United Launch Alliance” (ULA) yarım əsrdən çox davam edən fasilədən sonra ABŞ-nin Ayın səthinə eniş üzrə ilk cəhdini nümayiş etdirəcək “Vulkan Kentavr” kosmik missiyasını Florida ştatının Kanaveral burunundan fəzaya buraxıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, mühərrikləri Ceff Bezosun “Blue Origin” şirkəti tərəfindən hazırlanmış 60 metr hündürlüyündə olan “Vulkan” raketinin göyərtəsində kosmik robotlar firması “Astrobotic” tərəfindən inşa edilən “Peregrine” Aya eniş aparatı var.

“Peregrine” 1972-ci ildə “Apollon”un son missiyasından sonra ABŞ-nin Aya ilk yumşaq enişini həyata keçirəcək. Bu, son illərdə əlçatmaz olan bir uğur hesab edilir. Bu aparat gələcəkdə planlaşdırılan insan missiyalarından əvvəl Ayın səthi haqqında məlumat toplamaq üçün elmi yüklərlə birlikdə fevralın 23-də onun səthinə enəcək.

ULA 2006-cı ildə “Boeing” və “Lockheed”in raket proqramlarının birləşməsindən yaranıb. İki aerokosmik nəhəng bu törəmə şirkətin bütün səhmlərinə sahibdirlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti