...

Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilir - AYNA (FOTO)

Gündəm Materials 14 Yanvar 2024 13:05 (UTC +04:00)
Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilir - AYNA (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumata görə, hazırda AYNA-nın monitorinq mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Monitorinq Mərkəzi təfərindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb, yarana biləcək problemlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə dərhal yerində həll edilir. Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilir.

Hərəkət iştirakçılarına ehtiyyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti