...

Qırmızı dənizdəki böhran səbəbindən neft daşınması üçün böyük risklər var - Chevron

Gündəm Materials 17 Yanvar 2024 07:21 (UTC +04:00)
Qırmızı dənizdəki böhran səbəbindən neft daşınması üçün böyük risklər var - Chevron
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Husilərin gəmilərə hücumlarının artması ilə əlaqədar Qırmızı dənizdəki böhran neft daşınması üçün ciddi risklər yaradır və bu, qiymət dəyişikliklərinə səbəb ola bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "Chevron" neft və qaz şirkətinin rəhbəri Mayk Virt deyib.

"Bu, çox ciddi bir vəziyyətdir və, görünür, daha da pisləşir", - deyə o bildirib.

Şirkət rəhbəri vurğulayıb ki, "Chevron" şirkəti bu region vasitəsilə neft nəqlini davam etdirir və ABŞ Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti