...

Elektron Təhlükəsizlik Xidmətindən kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

Gündəm Materials 18 Yanvar 2024 16:27 (UTC +04:00)
Elektron Təhlükəsizlik Xidmətindən kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq həyata keçirilir.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, vətəndaşlara müxtəlif tapşırıqları yerinə yetirərək qazanc əldə edilməsi vəd edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür təkliflər gəldikdə diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı şirkət və ya qurum adından gələn iş təklifləri bağlı birbaşa şirkətin və qurumun özündən bu məlumatları dəqiqləşdirməyi tövsiyə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti