...

Qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı

Gündəm Materials 5 Fevral 2024 13:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Seçicilərimizin sayı 6 milyondan artıqdır. Onlar 6537 məntəqədə səs verəcəklər. Bütün məntəqələr lazımi avadanlıqlarla təchiz olunub. Seçicilərimizin rahat şəkildə səs vermələri üçün bütün şəraiti yaratmışıq.

Trend xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay ilə görüşündə söyləyib.

MSK sədri ümumilikdə 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini deyib. O, hər məntəqəyə 13-14 nəfər müşahidəçinin düşdüyünü də diqqətə çatdırıb.

Məzahir Pənahov, həmçinin, deyib ki, Azərbaycanda keçirilən seçkilərdə bir çox beynəlxalq təsisatlar, o cümlədən ATƏT təmsil olunur.

Xəbər lenti

Xəbər lenti