...

Ağdamdakı partlayışla bağlı araşdırma aparılır

Gündəm Materials 6 Aprel 2024 16:26 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti