Bakı. Trend:
Qəzza zolağının cənubundakı Rəfahda hava hücumu nəticəsində "HƏMAS" hərəkatının İordan çayının qərb sahilindəki qərargahının rəhbərinin zərərsizləşdirilib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, ÇAXAL və ŞABAK (İsrail Ümumi Təhlükəsizlik Xidməti) kəşfiyyat məlumatlarına əsaslanan zərbə nəticəsində HƏMAS-ın Yəhudeya və Samariyadakı qərargahının komandiri, terrorçu Yasin Rabianı, eləcə də HƏMAS qanadının Yəhudeya və Samariyada yüksək vəzifəli nümayəndəsi Xalid Naqaranı məhv edib", - deyə bildirilib.
Bildirilib ki, zərbə dəqiq kəşfiyyat məlumatlarına əsasən Rəfahın şimal-qərbindəki Tal əl-Sultan bölgəsində endirilib.