...

İranın Azərbaycandan məhsul idxalı azalıb

Gündəm Materials 5 Sentyabr 2024 11:33 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 4 ayı ərzində (20 mart -21 iyul 2024) İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart -22 iyul 2023) müqayisədə dəyər baxımından 71%, çəki baxımından 57% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 4 ay ərzində İran Azərbaycandan 6,43 milyon dollar dəyərində 3,3 min ton məhsul idxal edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranın Azərbaycandan məhsul idxalı təxminən 22,6 milyon dollar dəyərində 7,84 min ton təşkil edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.

Qeyd edək ki, cari İran ilinin 4 ayı ərzində İranın məhsul idxalı 19,9 milyard dollar dəyərində 12,6 milyon ton təşkil edib. İranın məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 2%, çəki baxımından 6,7% artıb.

Xəbər lenti

Xəbər lenti