...

Azərbaycanla elektrik şəbəkəsinin genişləndiriləcəyi gözlənilir – İranın energetika naziri

Gündəm Materials 15 Oktyabr 2024 10:47 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Azərbaycan arasında elektrik şəbəkəsinin gələn ilin yayına qədər genişləndiriləcəyi gözlənilir.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri Abbas Əliabadi 14 oktyabrda Tehranda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.

Onun sözlərinə görə, hazırda İran və Azərbaycan arasında elektrik mübadiləsi həyata keçirilməkdədir.
İranlı nazir qeyd edib ki, İran və Azərbaycan arasında əməkdaşlığın davam etdirilməsi və möhkəmləndirilməsi üzrə bir çox layihələr iş gündəminə salınıb.

Əliabadi əlavə edib ki, Rusiya, Azərbaycan, İran, BƏƏ və Səudiyyə Ərəbistanının elektrik şəbəkəsinin birləşdirilməsi üzrə müzakirənin aparılması təklif olunub. Bununla əlaqədar Rusiya tərəfi ilə müzakirə aparılıb və növbəti iclasda məsələ diqqət mərkəzində saxlanılacaq. Bu elektrik şəbəkəsinin yaradılması iqtisadi cəhətdən həm Azərbaycan, həm də İranın xeyrinə olacaq.

“Qız Qalası və Ordubad hidroqovşaqları ilə əlaqədar əhatəli proqram icra olunur və bu proqramda müəyyən irəliləyişlər var. Əldə olunan razılaşmaya əsasən bu layihələrin sürətləndirilməsi qərara alınıb. Texniki məsələlər üzrə müzakirələr aparılıb və hər iki ölkənin texniki obyektlərinə baxış keçirilməsi üzrə hazırlıq elan edilib”, - deyə o qeyd edib.

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev də İran və Azərbaycan arasında münasibətlərin çoxşaxəli olduğunu bildirib və deyib ki, bu istiqamətdə iki tərəf arasında elektrik və su üzrə diqqəti cəlb edəcək əməkdaşlıq qurulub və Xudafərin və Qız Qalası hidroqovşaqlarını misal göstərmək olar.

Mustafayev qeyd edib ki, İran və Azərbaycan arasında 5 məkanda elektrik əlaqəsi qurulub və əməkdaşlığın araşdırılması üzrə razılıq əldə olunub. İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkəsinin sinxronlaşdırılması üzrə fikir mübadiləsi aparılıb və 1 İran şirkətinin bu layihənin texniki və iqtisadi qiymətləndirməsini həyata keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti