Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 48 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 309 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edilib ki, 1 726.1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.