...

Xaçmazın Müşkür kəndində səyyar qəbul keçirilib (FOTO)

Gündəm Materials 5 Avqust 2025 19:34 (UTC +04:00)
Xaçmazın Müşkür kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Müşkür kəndində səyyar qəbul keçirib.

Qəbulda Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Müşkür, Köhnə Xaçmaz, Müşfiq, Müzəffəroba, Xaspoladoba, Əzizli, Gəncəli və Bəbəli kəndlərinin sakinləri iştirak edib.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin su təchizatının yaxşılaşdırılması, elektrik təsərrrüfatının yenilənməsi və yolların təmiri ilə bağlı müraciətlər səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti