...

Lənkəranda yanğın törədən şəxs saxlanılıb

Gündəm Materials 11 Avqust 2025 11:23 (UTC +04:00)
Lənkəranda yanğın törədən şəxs saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avqustun 5-də Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkar etmək məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib. Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb.

E.Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti