...

Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə veririk - Ərdoğan

Gündəm Materials 12 Avqust 2025 19:38 (UTC +04:00)
Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə veririk - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycan və Gürcüstanla qurduğumuz üçtərəfli mexanizmlər vasitəsilə regional sülhə və əməkdaşlığa, xüsusilə də xarici siyasət və təhlükəsizlik sahəsində öz töhfəmizi veririk.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, tezliklə Türkiyədə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünü keçirməyi planlaşdırırlar.

Türkiyə lideri Azərbaycan-Türkiyə-Gürcüstan arasında üçtərəfli mexanizmin regional proseslərdə mühüm rol oynayacağını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti