...

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 8 Dekabr 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı şəhərinin Sabunçu dairəsinin yaxınlığında 5 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend ə bildiriblər ki, cümə günü axşam saatlarında Sabunçu dairəsinin yaxınlığında Bakı şəhər sakinləri Pərviz Məmmədovun idarə etdiyi "VAZ-2107", Polad Mirzəyevin idarə etdiyi "VAZ-2106", Cavid Aslanovun idarə etdiyi "Mersedes", Natiq Hüseynovun idarə etdiyi "Reno" və Eltac Nuriyevin idarə etdiyi "Tofaş" markalı avtomaşınlar toqquşublar. Nəticədə Məmmədov və sərnişinlərindən, Bakı şəhər sakini Cəfər Zülfüqarov hadisə yerində ölüb, xəsarət alan Mirzəyev, Hüseynov və digər sərnişinlər, Bakı şəhər sakinləri Adil Yusifov, Emin Əsgərov, Elçin Fərzəliyev, Sevinc Muradova və onun oğlu, Böyük Britaniya vətəndaşı Cerlip Slip Cerlat isə xəstəxanaya yerləşdiriliblər.

İstintaqın ilkin ehtimalına görə, hadisəyə səbəb avtomobillərin sürət həddini aşması olub. Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti