...

Lənkəranda Qırmızı Kitaba düşən qu quşlarının ovlanması faktı aşkarlanıb

Hadisə Materials 3 Fevral 2008 23:21 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 3 fevral / Trend müxbir P.Əliyeva/ Lənkəran polıs şöbəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən həyətlərindən toyuq-cücələrin oğurlanması faktı ilə bağlı daxil olan şikayətlərlə əlaqədar yaradılan əməliyyat qrupu oğurluq edən şəxsləri yaxalayıb. Aparılan istintaq nəticəsində məlum olub ki, Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində yaşayan Bəxtiyar və Sulduz Hüseynov qardaşları oğurladıqları toyuq-cücələri 06 markalı 42 BH 752 dövlət nömrə nişanlı maşınla Göyşaban kəndində yaşayan Əsgərova Xatirə Məmmədəlı qızına satıblar.

Əsgərova Xatirənin evinə baxış zamanı oğurlanmış toyuq-cücələrlə bərabər 34 ədəd ördək cinsli çöl quşu, 20 ədəd çöl quşu və Qırmızı Kitaba düşən dörd qu quşu aşkarlanıb.

Dindirilmələrdən məlum olub ki, saxlanılan şəxslər bir neçə aydır bu işlə əlbir məşğuldurlar.

Hazırda çöl quşlarının harada və nə zaman ovlanması araşdırılır.

Xəbər lenti

Xəbər lenti