...

Naməlum qadın özünü Xəzər dənizinə atıb

Hadisə Materials 22 Fevral 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir A.Salmanov/ Azərbaycanın paytaxtında fevralın 22-nə keçən gecə saat 03.00-da naməlum qadın Milli Parkda özünü dənizə atıb. Bu barədə cümə günü Trend -a Səbael rayon Prokurorluğundan məlumat verilib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici qrupu axtarışa başlayıb. Aparılan axtarış hələki heç bir nəticə verməyib, meyit tapılmayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, intiharın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti