...

Bakıda bir ailənin dörd üzvü qətlə yetirilib

Hadisə Materials 15 Aprel 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Paytaxtda bir ailənin dörd üzvü qətlə yetirilib. Bakı şəhər pokurorluğundan verilən məlumata görə, çərşənbə axşamı səhər saatlarında Nərimanov rayonu, Y.Çəmənzəminli küçəsi, ev 9, mənzil 26-da bir ailənin dörd üzvünün yanmış meyidləri tapılıb.

Məlumata görə, hadisədən əvvəl mənzil qarət olunub. Hadisənin səbəblərinin araşdırılması üçün istintaq-əməliyyat qrupu yaradılıb.

Qətlə yetirilənlərin ana, iki qızı və bir oğul nəvəsi olduğu bildirilir.

Hadisəni törədən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti