Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan sərhədçilərinə silahlı müqavimət göstərən iki İran vətəndaşı öldürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, aprelin 21-də saat 3 radələrində İran vətəndaşları ilə cinayət əlaqəsinə girmiş 3 Biləsuvar rayon sakini spirtli içkini sərhəd zastavasının ərazisindən qaçaqmalçılıq yolu ilə İrana keçirməyə cəhd göstəriblər.
Bu zaman İran vətəndaşları Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına silahlı müqavimət göstərdiklərindən cavab atəşi ilə onlardan ikisi öldürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz