...

Bakıda vətəndaşları odlu silahla hədələyən şəxs tutulub

Hadisə Materials 30 Aprel 2008 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Sabunçu rayonunun Nardaran qəsəbə sakinlərini odlu silahla hədələyən şəxs tutulub.

DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend a verilən məlumata görə, Nardaran qəsəbə sakini, maska geyinmiş Sahib Bayramov Eldar Dadaşova məxsus bağ evinin gözətçiləri İlqar Quliyevi və Kənan Gərəkmədlini tapança ilə hədələyərək üç dəfə atəş açıb və onlardan pul tələb edib.

DİN-in Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən Bayramov tutulub, ondan bir ədəd bıçaq və yapışqanlı kağız götürülüb.

Hadisə yerinin yaxınlığından Bayramovun cinayəti törədərkən istifadə etdiyi idman tapançası da tapılıb.

Faktla bağlı cinayət işi açılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti