...

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri intihar edib

Hadisə Materials 14 May 2008 12:52 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri intihar edib

Azərbaycan, Bakı,14 may / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Silahlı Qüvvələrinin daha bir əsgəri intihar edib.

Hərbi mənbələrdən çərşənbə günü Trend -a bildirilib ki, Salyan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 19 yaşlı Süleymanov Fuad Süleyman oğlu Xidmət etdiyi Qazax rayon ərazisindəki N saylı hərbi hissədə xidməti silahından atəş açaraq özünü öldürüb.

Faktla bağlı Qazax rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb.

Bir il 5 aydır hərbi xidmətdə olan Süleymanovun cənazəsi ailəsinə təhvil verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə məlumat verilməyib.

Mayın 11-də Bakıdakı N saylı hərbi hissənin əsgəri Tofiq Ağayev özünü Xəzər dənizinə ataraq intihar edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti