...

Azərbaycanın Şamaxı rayonunda yeraltı təkanlar qeydə alınıb

Hadisə Materials 4 İyun 2008 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 İyun / Trend , müxbir K.Zərbalıyeva/ Ötən gecə saat 23:45-də Şamaxı şəhərindən 12 kilometr qərbdə 4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmətinin direktor müavini Qurban Yetirmişli çərşənbə günü Trend -a bildirib.

Bundan öncə mayın 29-da Lənkəranda 3,5 bal gücündə zəlzələ qeydə alınmışdı.

Azərbaycanda dağıntı ilə nəticələnən sonuncu güclü zəlzələ 2000-ci ilin noyabrında qeydə alınıb.

Yetirmişli deyib ki, zəlzələ Şamaxı və Pirquluda 3-3,5 bal gücündə hiss edilib. Dağıntı və tələfat olmayıb. Onun sözlərinə görə, bu il ərzində respublikada 340 yeraltı təkan qeydə alınıb. Onlardan 7-si hiss olunan təkanlar olub.

Şamaxı paytaxt Bakıdan 160 kilometr məsafədə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti