...

Azərbaycanın şimalında yağan yağışlar nəticəsində bölgədə vəziyyət gərginləşib

Hadisə Materials 8 İyul 2008 20:14 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 08 iyul / Trend , müxbir A.Qafarov/ ŞimalBölgəsində yağan yağışlar əraziyə böyük ziyan vurub. Trend -un bölgə müxbirinin məlumatına görə, ərazidən keçən çaylarda suyun səviyyəsi qalxıb. Quba rayonunda Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində, Gənclər qəsəbəsində bir neçə evi su basıb.

Hadisə yerinə Quba rayon fövqəladə hallar komissiyasının texnikası işləyir, lakin cəlb olunan texnika azlıq edir və vəziyyətin aradan qaldırılmasında problemlər yaranır. Su basan evlərin sayı durmadan artır.

Xaçmaz rayonunda isə vəziyyət daha gərgindir. Rayonun ərazisindən keçən Qudyalçay, Alpançay, Qaraçay, Ağçayda suyun səviyyəsi qalxıb. Alpançayın üstündəki Mürşüdoba kəndində bir neçə ailənin həyətyanı sahəsi suyun altında qalıb. Qudyalçayın üstündə yerləşən Köhnə Xaçmaz kəndi ilə rayon mərkəzini birləşdirən körpü uçub. Elektrik dirəklərini su aparıb, enerji təhcizatında məhdudiyyətlər yaranıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti