Azərbaycan, Şəki, 2 avqust/ Trend müxbir E.Quliyev/ Zaqatalada narkotik maddə olan 3 ton tiryək aşkarlanaraq məhv edilib. Zaqatala polisinin їXaşxaş 2008 ї adı altında keçirdiyi əməlyyat nəticəsində Zaqatala rayon Uzuzqazmalar kəndindən 2 kilometr aralıda yerləşən meşə massivində 1.5 hektar ərazidə 3 tona yaxın yabanı halda bitən tiryək aşkarlanıb.Aşkarlanan narkotik maddə Zaqatala polisi, Uzunqazmalar kənd bələdyyəsi və içtimayyətin iştirakı ilə yandırılaraq məhv edilib.
Zaqatala polis rəisinin müavini Kamandar Həsənov bildirdi ki, narkotik vasitələrin qanunsuz əkib becərilməsi və yabanı halda bitən narkotik vasitələrin tapılması üçün profilaktik tədbirlər davam etdiriləcək.
Zaqatala paytaxt Bakıdan 418 km şimal-qərbində yerləşir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]