...

Azərbaycan paytaxtında yeniyetmə intihar edib

Hadisə Materials 1 Sentyabr 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında yeniyetmə özünü elektrik dirəyindən asaraq intihar edib.

Yasamal rayon Prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, avqustun 31-də saat 20:00 radələrində Saatlı rayon sakini, 14 yaşlı Əkbər Əhliman oğlu Alışov Yasamal rayon ərazisində yerləşən Qanlı gölün yaxınlığındakı yeni yaşayış massivindəki binaların birinin qarşısındakı elektrik dirəyində özünü asıb.

Prokurorluqdan bildiriblər ki, hələlik intiharın səbəbləri müəyyən edilməyib.

Mərhumun həmin yaşayış massivində yaşayan tanışıgilə qonaq gəldiyi bildirilir.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və məhkəmədə sübuta yetirilərsə, həmin şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti