...

Bakıda oğurlanan avtomobil tapılıb

Hadisə Materials 2 Sentyabr 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında iki gün öncə qaçırılan avtomobil tapılıb.

Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də naməlum şəxs tərəfindən qaçırılan və Mikayıl Müşviq küçəsi ev 28-də yaşayan Asif Əbdülrəhimova məxsus "VAZ- 2101" markalı, Az 10 CZ 931 nömrə nişanlı avtomobil bazar ertəsi rayon ərazisində saz vəziyyətdə tapılaraq sahibinə verilib.

Polis bölməsindən bildiriblər ki, hələlik avtomobilin kim tərəfindən qaçırılması müəyyənləşməyib. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Yasamal RPİ-nin 26-ci polis bölməsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti