...

Rusiyada baş verən aviaqəza nəticəsində həlak olan azərbaycanlıların cəsədləri bir həftədən sonra vətənə gətiriləcək

Hadisə Materials 15 Sentyabr 2008 13:10 (UTC +04:00)
Rusiyada baş verən aviaqəza nəticəsində həlak olan azərbaycanlıların cəsədləri bir həftədən sonra vətənə gətiriləcək

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir C.Babayeva/ Rusiyada baş verən aviaqəza nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının cəsədləri bir həftədən sonra vətənə gətiriləcək. Bu barədə bazar ertəsi Trend -a Moskvadan telefonla Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva Bürosunun sədri İlqar Hacıyev məlumat verib.

Moskva - Perm marşrutu üzrə reys yerinə yetirən Boeing-737 bazar günü səhər tezdən Permdə qəzaya uğrayıb. Təyyarədə 82 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində ölənlər arasında səkkiz Azərbaycan vətəndaşı var.

"Onların cəsədləri bir həftədən tez gətirilməyəcək, belə ki, hazırda tibbi ekspertiza aparılır. Qan alınması və DNK analizinin aparılması üçün bütün həlak olanların qohumları dəvət olunub. Cəsədlər o qədər zərər çəkib ki, onları dərhal tanımaq mümkün deyil. Tibbi ekspertiza bir həfətə çəkəcək", - deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, həlak olanların qohumları Azərbaycanın Rusiydakı səfirliyi və Rusiya hökumətinin dəstəyi ilə Moskvaya uçublar.

Hacıyev bildirib ki, qəzanın baş verməsində günahkar olan aviaşirkət həlak olanların qohumlarına pul vəsaiti ayıracaq. Onun sözlərinə görə, bu məsələ hazırda müzakirə olunur.

Boeing-737-nin qəzaya uğraması zamanı həlak olanların siyahısında səkkiz azərbaycanlının adı var.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sərnişinlərdən biri təyyarəyə minməyib.

Abdullayev Rafiq 20.06.60.

Əzizov Məmmədəli 14.03.58.

Bədirov Ənvər 26.12.51.

Cəlalov Akif 18.09.49.

Mirzəyeva Nuridə 10.01.86.

Osmanov Tağı 09.06.94.

Səfiyev İsmayıl 13.02.76.

Şabanov Aqil 02.01.67.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti