Azərbaycan, Bakı, 20, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Suraxanı rayonunun ərazisində yerləşən ticarət mərkəzində Rusiya vətəndaşına məxsus mağazadan oğurluq edilib.
Suraxanı rayon Polis İdarəsindən (RPİ) şənbə günü Trend -a verilən məlumata görə, sentyabrın 19 - da saat 12 : 00 radələrində Binə ticarət mərkəzində Rusiya Federasiyasının Qroznı şəhərinin sakini, Djabayeva Toita Adlanovaya məxsus mağazadan 1800 dollarlıq geyim əşyaları oğurlanıb.
Hazırda oğurluq edən şəxsin tutulması üçün əməliyyat - axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]