Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Xətai rayonunda 2 yaşlı uşaq yaşadığı binanın 9 - cu mərtəbəsindən yıxılıb.
Xətai rayon Polis İdarəsinin 35 - ci polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 20 - də saat 16:00 radələrində Generel Mehmandarov küçəsi, ev 68, mənzil 80 ünvanında yaşayan 2 yaşlı Səbinə Emin qızı Nağızadə mənzillərinin eyvanında olarkən ehtiyatsızlıqdan yıxılıb.
Nağızadə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun səhhətinin qənaətbəxş olduğu bildirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]