...

Bakıda barların birində qətl hadisəsi törədilib

Hadisə Materials 14 Oktyabr 2008 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir S. Kazımlı / Bakının Nəsimi rayon ərazisində yerləşən disko barların birində qətl hadisəsi törədilib.

Nəsimi rayon Prokurorluğundan çərşənbə axşamı Trend -a verilən məlumata görə, ötən gecə Azadlıq prospekti 32 ünvanda yerləşən "444 Trins-Nexs" disko barında Naxçıvan Muxtar Respublikasının sakinləri Sahib Sultan oğlu Əliyev və Emil Rafiq oğlu Ağayevlə Şəmkir rayon sakiniləri Arzu Səfər oğlu İsayev və Nail Süliddin oğlu Məmmədov arasında mübahisə baş verib. Mübahisə zamanı Əliyevlə Agayev İsayevə və Məmmədova bıçaqla xəsarət yetiriblər. Hadisədən sonra İsayev və Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Məmmədov aldığı xəsarət nəticəsində xəstəxanada ölüb. İsayev isə orada müalicə edilir. Hadisənin baş vermə səbəbləri hələlik bilinmir. Agayevin "20-ci sahə " kafesinin inzibatçısı olduğu bildirilir. Əliyevlə Agayev saxlanılıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti