Azərbaycan, Gəncə, 01 oktyabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncədə 72 yaşlı şəhər sakini liftin altında qalaraq ölüb.
Trend -un bölgə müxbirinin məlumatına görə, 1936-cı il təvəllüdlü Şəmistan İbrahim oğlu İbrahimov bu gün səhər saatlarında yaşadığı Xətai prospekti, bina 149-da liftin altında qalıb. Hadisənin texniki nasazlıq və ya ehtiyatsızlıq səbəbindən baş verdiyi istisna deyil.
Gəncə şəhər Prokurorluğundan bildiriblər ki, hadisənin təfərrüatları hələ ki dəqiq məlum deyil. Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]