Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Binəqədi rayon ərazisində Bakı Metropoliteni əməkdaşının evindən xeyli miqdarda pul və qızıl-zınət əşyaları oğurlanıb.
Bu barədə Binəqədi rayon Polis İdarəsindən (RPİ) çərşənbə axşamı Trend -a məlumat verilib.
Məlumata görə, noyabtın 9-dan 10-na keçən gecə Naxçıvanı küçəsi, ev 9, mənzil 30-da yaşayan, Bakı Metropoliteni əməkdaşı Nazim Əsgərovun evindən 15 900 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.
Hazırada oğuluq edən şəxsimn müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam edir.
Faktla bağlı Binəqədi RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədilməsi (177.2.3-cü) və xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.2.4-cü) maddələri ilə cinayət işləri başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]