Azərbaycan, Şəki, 25 noyabr/ Trend , müxbir S.Fətəliyev/ Çərşənbə axşamı Şəkidə ata evinin zirzəmisində azərbaycan ordusunun keçmiş əsgəri, 1986-ci il təvəllüdlü, bu ilin oktyabr ayında hərbi xidmətini başa vuran Abdullayev Ruslan Ziyəddin oğlu özünü asıb.
Şəki rayon polis şöbəsindən bildiriblər ki, mərhumun əsəb sistemində pozuntular var idi.
Şəki şəhər prkurorluğundan Trend a verilən məlumata görə, hal hazırda araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]