...

Bakıda firmanın baş direktoru qarət edilib

Hadisə Materials 3 Dekabr 2008 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend müxbir S. Kazımlı / Bakının Nərimanov rayonu ərazisində avtomobildən xeyli miqdarda pul və sənədlər oğurlanıb. Zərərçəkənin kommersiya firmalarının birinin baş direktoru olduğu bildirilir. Bu barədə Nərimanov rayon Polis İdarəsindən (RPİ) çərşənbə günü Trend - a məlumat verilib.

RPİ - dən bildiriblər ki, ötən gün təxminən saat 13:00 radələrində rayonun Məmməd Əlizadə küçəsidə, Bakı sakini Nazim Hüseynova məxsus "Mercedes" markalı avtomobilin şüşəsini sındırmaqla, avtomobildən 5 500 dollar pul və sənədləri olan çanta oğurlanıb. Hüseynovun "Həkəri - 5" kommersiya firmasının baş direktoru olduğu bildirilir.

Hazırda hadisəni törədən şəxslərin tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Nərimanov RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama (177.1- ci), xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.2.4 - cü) və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320 - ci) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddələrlə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qirx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə (177 - ci), şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə (177.2.4 - cü), üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə (320 - ci) cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti