...

Azərbaycanda iki nəfər dəm qazından boğularaq ölüb

Hadisə Materials 22 Dekabr 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr, Trend , müxbir S.Kazımlı/ Azərbaycanda iki nəfər dəm qazından boğularaq ölüb. Hadisələr Bakıda və Sumqayıtda şəhərlərində baş verib. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend -a məlumat verilib.

Məlumata görə, dekabrın 21-də  Bakının Yasamal rayonundakı Abdulla Şaiq küçəsində yaşayan Yeganə Qafarova evində dəm qazından boğularaq ölüb.
Həmin günü Sumqayıt şəhəri Təzə Kotec qəsəbə sakini Bəhmən Rzayev evində dəm qazından boğulub. Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti