...

Azərbaycanın paytaxtında on altı mərtəbəli binada mənzil yanır (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 27 Dekabr 2008 22:11 (UTC +04:00)
Azərbaycanın paytaxtında on altı mərtəbəli binada mənzil yanır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 dekabr/ Trend , müxbir K.Zarbalıyeva/ Bakının Nəsimi rayonunda Mərkəzi hərbi qospital ilə üzbə üz yerləşən on altı mərtəbəli binanın axırıncı mərtəbəsində mənzil yanır. Bu barədə hadisə yerindən Trend un müxbiri xəbər verir.

Trend a Nəsimi rayon Fövqaladə Hallar Nazirliyi yanında yanğından mühafizə idarəsindən verilən məlumata görə, hal hazırda yanğınsöndürənlərdən ibarət işçi briqadası hadisə yerinə çıxıb.

"Yanğın barədə məlumat növbətçi hissəyə 21:20 radələrində daxil olub", həmsöhbətçimiz bildirib.

Hal hazırda hadisə yerində üç yanğın söndurən maşın işləyir.

Trend a Bakı şəhəri Nəsimi rayonu yanğından mühafizə xidmətindən bildiriblər ki, yanğınsöndürənlər tez bir zamanda yınğını söndurublər. Xəsarət alan olmayıb. Hal hazırda hadisənin səbəbləri araşdırpılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti