...

Azərbaycanda saxta sement satışının qarşısı alınıb

Hadisə Materials 14 Yanvar 2009 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir S.Kazımlı/ "Qaradağ-Sement" ASC-nin əmtəə nişanından qanunsuz istifadə edərək üzərində 50 kq. yazıldığı halda içərisində 42 kiloqram olan sementi istehlakçılara satarkən Binə qəsəbə sakini Ceyhun Məhərrəmov tutulub, çərşənbə günü Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.    

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhərrəmova məxsus mağazaya və sexə baxış zamanı sement doldurmaq üçün avadanlıq, 6 ton xammal, 336 ədəd kustar üsulla doldurulmuş sement və boş kisələr aşkar edilərək götürülüb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti