...

Azərbaycanın şimali-qərbində "Rabitəbank"ın direktoru intihar edib

Hadisə Materials 25 Fevral 2009 11:30 (UTC +04:00)
Azərbaycanın şimali-qərbində "Rabitəbank"ın direktoru intihar edib

Azərbaycan, Şəki, 25 fevral / Trend , müxbir X.Əkbərova/ Azərbaycanın şimali-qərbində yerləşən Şəki şəhərində (paytaxt Bakıdan 352 km məsafədə) "Rabitəbank"ın Şəki filialının direktoru çərşənbə günü səhər saatlarında inthar edib.

Şəki şəhər Polis İdarəsindən çərşənbə günü Trend -a verilən məlumata görə, 46 yaşlı Namiq Arif oğlu Musayev Şəki şəhəri, 13-cü rayon, 28 May küçəsi, ev 1 ünvanındakı mənzilində özünü asıb.

Şəki rayon prokuroru Rahib Seyidov çərşənbə günü Trend -a bildirib ki, mərhumun mənzilindən özü tərəfindən yazılan məktub aşkarlanıb. Prokuror istintaq sirri olduğundan, məktubun məzmunu və hadisənin səbəbləri barədə məlumat verməyib.

Faktla bağlı araşdırma aparılır.

"Rabitəbank"ın 18 filialı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti