...

Azərbaycanın paytaxtında ağır yol qəzası baş verib

Hadisə Materials 24 Aprel 2009 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı 24 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın paytaxtı Bakıda dünən axşam saatlarında ağır yol qəzası baş verib.

Aeroport şossesində, Sabunçu körpüsünün üstündə 1965-ci il təvəllüdlü Mehdiyev Aydın Həsən oğlunun idarə etdiyi "Ranc Rover" markalı, 10-SF-010 dövlət nömrə nişanlı maşın 1983-cü il təvəllüdlü Həşimov Samir Sabir oğlunun idarə etdiyi "Tayota Camri" markalı, 90-EU-715 dövlət nömrə nişanlı maşınla toqquşub, Bakı şəhər Baş Polis İdarəsinin məlumatında bildirilib.

Qəza nəticədə "Tayota Camri" qismən yanıb, sürücü Həşimov isə ölüb. Sərnişin 1967-ci il təvəllüdlü Mustafayev Ramiz Mustafa oğlu 3 saylı xəstəxanaya yerləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti