...

ADNA-dakı atışma nəticəsində zərərçəkənlərin siyahısı (ÖLƏNLƏRİN SOYADLARI ƏLAVƏ OLUNUB)

Hadisə Materials 30 Aprel 2009 14:10 (UTC +04:00)
ADNA-dakı atışma nəticəsində zərərçəkənlərin siyahısı (ÖLƏNLƏRİN SOYADLARI ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir E.İsmayılov / 

1 saylı Mərkəzi Şəhər Xəstəxanasının növbətçi cərrahı Əziz Məmmədov jurnalistlərə ADNA-dakı atışma nəticəsində zərərçəkənlərin ilkin siyahısını təqdim edib.

Zərərçəkənlər:

Faiq Rüstəmbəyov,

İlkin Şirəliyev,

Elşən Müstafayev,

Muhammed Mustafa,

Elvin Cəmiyev,

Rəhman Axundov,

Kənan İsayev

Bəxtiyar Cəfərov (ayağından aldığı yüngül yaraya görə ilki tibbi yardım lanadan sonra evə buraxılıb).

Həlak olanlar:

Şəfa Məmmədova,

Taleh Məmmədov,

Ceyhun (soyadı hələ məlum deyil),

Ruslan Babaşov

Ayaz Bağırov

Elvin Abdullayev.

İçərisində biri qadın olan daha üç ölənin şəxsiyyəti müəyyən edilməyib.

Atəş açan şəxs artıq zərərsizləşdirilib. Bu haqda informasiyanı daxili işlər nazirinin müavini Vilayət Eyvazov təsdiqləyib. Digər məlumatlara görə, cinayətkar özü özünü öldürüb.

İlkin məlumatlara görə, ADNA-dakı atışma nəticəsində ölənlərin sayı ən azı 13 nəfər, yaralananların sayı 18 nəfərdir, - hadisə yerindən Trend -un müxbiri hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti