Azərbaycan, Bakı, 08 may / Trend , müxbir S.Babayeva /
"Ötən həftə ADNA-dakı atışma zamanı xəsarət almış insanların səhhətində müsbət dinamika müşahidə olunur", - Azərbaycan Səhiyyə Nazirliyi xəbər verir.
"Hazırda doqquz yaralı tibbi yardım alır. Onlardan səkkizi Kliniki Mərkəzdə (iki yaralı reanimasiyadar, altı yaralı isə şöbəyə keçirilib), biri isə 4 saylı Mərkəzi Klinik Xəstəxanadadır", - nazirliyin məlumatında deyilir.
Bütün yaralılara ilkin cərrahi əməliyyat xidməti göstərilib, beşində təcili cərrahi əməliyyat aparılıb, qalanlarının üzərində isə cərrahi əməliyyat bu günlərdə aparılıb. Zərərçəkənlərin durumunun dəyərləndirilməsi məqsədilə həkimlərin konsiliumu keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]