Azərbaycan, Lənkəran, 20 avqust / Trend , muxbir P.Əliyeva /
Azərbaycanın cənubunda 11 yaşlı məktəbli intihar edib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Xanbulan kənd ərazi vahidliyi üzrə nümayəndəsi Faiq Köçəriyev bu barədə Trend -a məlumat verib.
Lənkəran rayonunun Xanbulan kənd sakini, 11 yaşlı Əmrah Bədəl oğlu Cəbizadə dünən axşam dünən axşam saatlarında yaşadığı evin həyətindəki tövlənin tavanından özünü kəndirlə asıb. Yaxınlarının sözlərinə görə, 6-cı sinfə keçən Cəbizadə emosional uşaq olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Bu, Lənkəranda 2009-cu ildə indiyədək baş vermiş 7-cı intihar hadisəsidir
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]