...

Gürcüstanın Baş naziri zəlzələ nəticəsində dəymiş ziyanın 10 günə hesablanacağına söz verib

Hadisə Materials 10 Sentyabr 2009 19:13 (UTC +04:00)
Zəlzələnin Raçi regionuna vurduğu maddi ziyan təxminən 10 gündən sonra məlum olacaq. Bu barədə zəlzələnin episentrindən keçərək hökumət iclasının keçirildiyi Amblauri şəhərinə gedən Baş nazir Nika Qilauri bəyanat verib.
Gürcüstanın Baş naziri zəlzələ nəticəsində dəymiş ziyanın 10 günə hesablanacağına söz verib

Gürcüstan, Tbilisi, 10 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Zəlzələnin Raçi regionuna vurduğu maddi ziyan təxminən 10 gündən sonra məlum olacaq. Bu barədə zəlzələnin episentrindən keçərək hökumət iclasının keçirildiyi Amblauri şəhərinə gedən Baş nazir Nika Qilauri bəyanat verib.

Onun sözlərinə görə, artıq ziyanı hesablayan xüsusi qrup yaradılıb və bundan sonra büdcədən müvafiq vəsait ayrılacaq.

Baş nazirin dediyinə görə, Raçidə infrastrukturun və kənd təsərrüfatının inkişafı üçün büdcədən 31 milyon lari ayrılacaq. Bu məbləğə küçələrin işıqlandırılması, yolların bərpası, məktəb və uşaq bağçalarının təmiri və s. həyata keçiriləcək.

İclasın başlanmasına qədər Baş nazir, hökumət və kabinet üzvləri Oni şəhərində olublar. Zəlzələ nəticəsində bu şəhərdəki 1300 evə ziyan dəyib, 420 ev isə yaşayış üçün yararsız vəziyyətə düşüb.

Amblauridə Qilauri və daxili işlər naziri Vano Merabişvili yeni polis binasının açılışında içtirak ediblər. Mərasim zamanı deyilib ki, kriminal vəziyyət düzəlib və cinayətlərin sayı azalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti