...

Sel nəticəsində Azərbaycanın şimal bölgəsinə də böyük ziyan dəyib

Hadisə Materials 21 Sentyabr 2009 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Sentyabrın 20-də axşam saatlarında yağan leysan nəticəsində Azərbaycanın şimal bölgəsində yerləşən Xaçmaz rayonunun Ləcət, Mərəcan, Alekseyevka, Gödəkli, Çinartala, Pərdiqıran və Uzunoba kəndlərini sel basıb. Qəndob-Yalama yolunun Mərəcan kəndindən keçən hissəsində hərəkət çətinləşib.

Trend -un arayışı: Sentyabrın 20-də Azərbaycanın Hacıqabul, Neftçala rayonları və Şirvan şəhəri ərazisində təbii fəlakət baş verib.

Güclü leysan yağış suları Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsini basıb. Nəticədə avtomobillərin hərəkəti dayanıb və yolda böyük tıxac yaranıb. Rayonun Nəvahi, Qubalı Baloğlan, Rəncbər və Pirsaat kəndlərinə ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində Hacıqabul rayon mərkəzinin 60-70 faizini də su basıb.

Təbii fəlakət nəticəsində bəzi kəndlərdə evlərin uçması təhlükəsi yaranıb. Bu səbəbdən sakinlər evlərini tərk edib, qadınlar və uşaqlar nisbətən təhlükəsiz yerlərə köçürülüblər.

Rayonun bəzi kəndlərində elektrik dirəkləri aşıb, köməkçi binalar köçüb, evlərə su dolub, yaşayış binalarında çatlar əmələ gəlib. Əhalinin külli sayda mal-qarası tələf olub. Ərzaq anbarlarını da sel aparıb. Ləcət kəndində isə bir yaşayış evi tamamilə uçub, bəzi evlərin divarlarında isə çatlar əmələ gəlib.

Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının və əhalinin köməkliyi ilə həyətlərdəki sel suları nasoslar vasitəsilə çəkilir, leysan davam etdiyindən bəzi kəndlərdə yaşayış binalarını su basması təhlükəsi hələ də qalır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti