Türkiyədə Beynəlxaq Maliyyə Fondunun başçısı Dominiq Strauss-Kahna İstanbul Universitetində nitq söylədiyi zaman tələbələrdən biri ayaqqabı atıb. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib. Ayaqqabı atan tələbə zaldan çıxardılıb və polis tərəfindən həbs edilib. Atılan ayaqqabı Beynəlxalq Maliyyə Fondunun direktoruna dəyməyib. Ayaqqabı atan tələbənin Anadolu Universitetinin tələbəsi, Selcuk Özbek olduğu məlum olub.