...

Hacıqabul rayonunda vəziyyət nəzarətə götürülüb - Azərbaycanın Fövqəladə Hallar Nazirliyi

Hadisə Materials 8 Oktyabr 2009 10:42 (UTC +04:00)
Azərbaycanın Hacıqabul rayonuna (Bakıdan 110 kilometr aralıda) yenidən leysan yağışlarının yağması nəticəsində 800-ə qədər yaşayış evinin həyətini su basıb.
Hacıqabul rayonunda vəziyyət nəzarətə götürülüb - Azərbaycanın Fövqəladə Hallar Nazirliyi

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Hacıqabul rayonuna (Bakıdan 110 kilometr aralıda) yenidən leysan yağışlarının yağması nəticəsində 800-ə qədər yaşayış evinin həyətini su basıb.

"Leysan nəticəsində rayon mərkəzinin dörd küçəsindəki yaşayış evlərinə daha çox ziyan dəyib", - cümə axşamı Trend -a Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov bildirib.

Trend -un arayışı: Sentyabrın 20-də Nəvahi və Rəncbər kəndləri ərazisində baş verən güclü yağışlar nəticəsində 300 evi su basıb. Hacıqabul rayon mərkəzinin ərazisi də su altında qalıb. Eləcə də Neftçala və Şirvan rayonlarına ciddi ziyan dəyib.

Həmin təbii fəlakət zamanı rayonun kənd təsərrüfatına, xüsusilə də maldarlığa ciddi ziyan dəyib. Hacıqabul rayonunun təxminən 70 faizini su basıb. Dəmir yollarının təxminən 300 metri sıradan çıxıb. Əhali arasında ölən olmayıb.

Aslanovun sözlərinə görə, dünən axşamdan mənzillərin həyətlərindəki yağış suları nasoslar vasitəsilə və Fövqəladə Hallar Nazirliyinin texnikası vasitəsilə çəkilməyə bağlayıb. "Hazırda təxminən yüzə qədər evin həyətindən suyun çəkilməsi ilə bağlı tədbirlər həyata keçirilir", - komissiya sədri əlavə edib.

Aslanov deyib ki, bundan əvvəlki təbii fəlakətdən fərqli olaraq bu dəfə rayon mərkəzinin infrastrukturuna və əhalinin şəxsi təsərrüfatına ciddi ziyan dəyməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti