...

Azərbaycanın şimalında torpaq sürüşməsi fəallaşıb

Hadisə Materials 2 Mart 2010 13:10 (UTC +04:00)
Trend News-un Fövqəladə Hallar Nazirliyinin internet səhifəsinə istinadən yaydığı məlumata görə, sürüşmə 10 min kvadrat metr ərazini əhatə edir.
Azərbaycanın şimalında torpaq sürüşməsi fəallaşıb

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Qusar rayonunda torpaq sürüşməsi fəallaşıb.

Trend -un Fövqəladə Hallar Nazirliyinin internet səhifəsinə istinadən yaydığı məlumata görə, sürüşmə 10 min kvadrat metr ərazini əhatə edir.

Ötən ilin mart ayının ortalarında Qusar rayonu Urva kəndində baş vermiş torpaq sürüşməsi bu il fevralın 22-dən yağan yağıntılar nəticəsində fəallaşıb. Sürüşmə ərazisində yerləşən evlər üçün ciddi təhlükə yaranıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Qusar paytaxt Bakıdan 200 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti