Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın bəzi rayonlarında güclü yağışlar selə səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə axşamı yaydığı məlumata görə, martın 31-də və aprelin 1-də respublika ərazisində hava şəraiti dəyişib, bəzi şəhər və rayonlarda yağış yağıb.
Nəticədə, Kürdəmir, Zərdab və Tərtər rayonlarında bəzi ərazilər yağış suları ilə dolub.
Hazırda hadisənin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.
Hadisə bölgələrinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.